Azərbaycan Demokrat Firqəsi 20 -ci əsrin dördüncü onilliyində tarixi zərurətdən yarandı, firqənin rəhbərliyi ilə, 21 Azər hərəkatı
ğələbə çalıb, Azərbaycan Milli Hökuməti təşkil
edildi. İran tarixində misli və bərabəri olmayan siyasi, ictimai və iqtisadi
islahatlar aparildi və 21 Azər hərəkatı İran xalqlarının mübarizə tarixində
qızıl xətlərlə yazıldı. Şah rejimi və onun arxasında duran xarici dövlətlərin
müdaxiləsi ilə milli hökumət devrildi, lakin azadlıq, demokratiya və Azərbaycan
xalqının milli hüquqlari uğrunda mübarizə alovu sünmədi. Bu gündə 21 Azər ideyaları yaşayır və geniş xalq kütlələrinin
gündəlik mübarizə şüarına çevrilir.
Azərbaycan Demokrat Firqəsi, dünya və
regionda gedən prosesləri izləyir və yarım əsrdən artıq siyasi fəaliyyət
təcrübəsi ilə, keçmişdə əldə etdiyi uğurlari və uğursuzluqları nəzərə alaraq, bu
mübarizəni istiqamətləndirir və öz fəaliyyətini yeni müstəvidə davam etdirir.
|
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları haqqında bəyannaməsinin birinci
hissəsinin, birinci maddəsi;
|
|
Bütün xalqlar öz müqədəratını
təyin etmək hüququna malikdirlər. Bu hüquq əsasında onlar azad şəkildə öz siyasi
istatuslarını müəyyənləşdirir və ictimai, iqtisadi və mədəni inkişaflarıni təmin
edirlər.
Azərbaycan Demokrat Firqəsi,
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları haqqinda qəbul edilmiş
bəyannaməsini əsas tutaraq, bu hüquqların Azərbaycanda həyata keçirilməsini,
Azərbaycan xalqının təbii və qanunı haqqi hesab edir və bu yolda mübarizə
aparmağı milli borc sayır.
|
|
E-mail: info@adf-mk.org